Əsas yığmamızdan ardıcıl 4-cü qələbə!
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri baş tutub.
İtkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız Rumıniya ilə üz-üzə gəlib. Bu dəfə qələbə qazanan şahmatçılarımız liderlər qrupundakı mövqelərini qoruyublar.
İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (IBCA) olub. Bu komandamız da qələbəyə sevinib. Üçüncü yığmamız isə Türkmənistanla dueldən məğlub ayrılıb.
Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da bu turda Rumıniya ilə qarşılaşıb. Kişilərdən fərqli olaraq, qadın şahmatçılarımız rumınlarla heç-heçəyə razılaşıblar. Üçüncü komandamız da Braziliya ilə heç-heçə edib. İkinci millimiz isə İtaliyaya məğlub olub.
Şahmat Olimpiadası
4-cü tur
Kişilər
Rumıniya – Azərbaycan-1 - 1:3
Azərbaycan-3 – Türkmənistan - 0,5:3,5
IBCA – Azərbaycan-2 - 0,5:3,5
Qadınlar
Azərbaycan-1 – Rumıniya - 2:2
İtaliya – Azərbaycan-2 - 2,5:1,5
Azərbaycan-3 – Brazilya - 2:2