Macarıstan, Qırğızıstan, Livan və Polşa üzərində qələbə, Almaniya ilə heç-heçə, Hindistana məğlubiyyət
4 sentyabr 2016 21:00
Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun görüşləri keçirilib.
Azerisport.az xəbər verir ki, sentyabrın 4-də kişilərdən ibarət əsas millimiz Macarıstanla qarşılaşıb və qalib gəlib. İkinci yığmamız Hindistana uduzub, üçüncü komandamız isə Livanı məğlub edib.
Qadınlardan ibarət əsas millimiz Polşa üzərində qələbə qazanıbsa, ikinci komandamız Almaniya ilə xalları yarı bölüb. Üçüncü yığmamız isə Qırğızıstanla qarşılaşmadan qalib ayrılıb.
Kişilər
Azərbaycan-1 – Macarıstan - 3:1
Azərbaycan-2 – Hindistan - 1:3
Azərbaycan-3 – Livan - 4:0
Qadınlar
Polşa – Azərbaycan-1 - 1,5:2,5
Azərbaycan-2 – Almaniya - 2:2
Qırğızıstan – Azərbaycan-3 - 0:4