Fotoreportaj|Video|На русском

Boks

Elvin Məmişzadə: Rəhbərlik lazım bilsə, yenidən 1 nömrə olduğumu sübut etməyə hazıram

19 yanvar 2015 15:15

Boks üzrə milli komandamızın üzvü 2010-cu ildə Moskvada keçirilən Avropa çempionatının gümüş, 2013-cü ildə Minskdəki qitə çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə (52 kq) “Baku Fires” klubunun heyətində yeni mövsümdə ilk döyüşünə hazırlaşır. Həmyerlimiz Karakasda Venesuela boksçusu ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, Məmişzadə “Baku Fires” – “İtalia Thunder” (4:1) qaşılaşmasından əvvəl Boks Federasiyasının Mətbuat Xidmətinin suallarını cavablandırıb.

- Yeni mövsümünün ilk qarşılaşmasında  “Baku Fires”  “İtalia Thunder” komandasını 4:1 hesabı ilə məğlub etdi. Bu görüşü sən də izlədin, fikirlərini bilmək maraqlı olardı.
- Öncədən də bilirdik ki, İtaliya komandasının heyətində 49 kq çəki dərəcəsində döyüşən Pekin və London Olimpiadalarının bürünc mükafatçısı, Avropa çempionu Patrik Barns güclü boksçudur. 2010-cu ildə Moskvadakı Avropa çempionatının final görüşündə mən də ona uduzmuşdum. O vaxtdan Barns beynəlxalq arenada yüksək səviyyədə çıxış edir. Qalan çəki dərəcələrində döyüşən boksçularmıza inanırdıq və onların hamısı qələbə qazandı. Yeni mövsümə ciddi hazırlaşmışıq. Bir neçə mərhələdən ibarət təlim-məşq toplanışları keçdik. Bu mövsüm iki həftədən bir rinqə çıxmalıyıq. Ona görə də yarışa çox ciddi hazırlaşmışıq.

- Növbəti görüşünüz Venesuela klubu ilə olacaq. Bu komanda WSB liqasında dübüt edir.  Sən də yeni mövsümdə ilk döyüşünü orada keçirəcən. Rəqib haqda məlumatın varmı?
- Rəqibim Eduard Salas olacaq. Onu 2013-cü ildə Almatıdakı dünya çempionatında məğlub etmişdim. Bu dəfə bizə çətin olacaq. Venesuelaya bir neçə saat uçmalı olacağıq. Həm də saat və iqlim fərqləri də var. Uyğunlaşma baxımından bir az çətinliyimiz ola bilər. Ancaq Venesuelaya güclü heyətlə gedirik. Məndən başqa Albert Səlimov, Yevgeni Romaşkeviç, Soltan Migitinov və Arslanbek Mahmudov rinqə çıxacaq. Onlar kifayət qədər təcrübəli boksçulardır. İkinci görüşdə də qələbə qazanmağa çalışacağıq.

- Sonuncu Azərbaycan Kuboku sənin üçün uğurlu olmadı. 52 kq çəki dərəcəsində əsas fovarit sayılsan da, gözlənilmədən uduzdun. Həmin yarışda nə baş verdi? 
- Heç özüm də bilmirəm, niyə belə oldu. Rəqib də, mən də yaxşı döyüş göstərmədik. Döyüşüm alınmadı. Başqa problem yox idi.

- “Baku Fires” klubunun heyətində olduğundan bu günlərdə başa çatan Azərbaycan çempionatında iştirak edə bilmədin. Yenidən birinci nömrə olduğunu necə sübut edəcəksən?
- Əsas məqsədim WSB liqasından Rio Olimpiadasına lisenziya qazanmaqdır. Əlbəttə, vəsiqə almaq  asan olamayacaq. İki həftədən bir döyüşlərimiz var. Bu qarşılaşmalarda çəki salmaq da çətindir. Amma özümə inanıram. Lisenziya qazana bilməsəm, milli komandanın heyətində dünya çempionatında və digər lisenziya turnirlərində iştirak edəcəm. Əgər rəhbərlik lazım bilsə, yenidən 1-ci nömrə olduğumu sparinq görüşlərində sübut etməyə hazıram.

- Komandaya yeni yerli boksçular - Tural Əhmədov, Pərviz Bağırov, Nəsrəddin Məmmədov cəlb olunub. Onlar necə təsir bağışlayır?
- Komandamıza yeni qoşulmuş yerli boksçularla öncədən də söhbət etmişdik. Onlara komandadakı vəziyyət, məşqlər barədə danışmışdıq. Bilirdilər ki, məşqlər yığma komandadan  fərqlidir. Onlar da komandaya çox yaxşı uyğunlaşdılar. Məşqçilər də həmin boksçulardan razıdırlar.

- Uzun illər olimpiya boksunda çıxış etmisən. Artıq 3 ildir WSB liqasında döyüşürsən. Döyüşdə qaydaların fərqli olduğu məlumdur. Bəs hazırlıq baxımından hansı fərqlər var?
- WSB liqasında məşqlər zamanı fiziki hazırlığa daha çox fikir verilir. Burada güc önəmli rol oynayır. Rəqib də fiziki cəhətdən güclü ola bilər.  5 raund davam gətirmək lazımdır.  Düzdür, milli  komandada da belə məşqlər olur. Ancaq hər məşqçinin öz taktikası var.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah