Fotoreportaj|Video|На русском

Boks

Fariz Məmmədov: 7 il idi ancaq bu barədə düşünürdüm

9 aprel 2012 13:42
Xəbər verdiyimiz kimi, yanvar ayında yeddi illik həbs həyatından sonra azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən peşəkar idmana qayıdıb. Azerisport.az xəbər verir ki, bu günlərdə Məmmədov Almaniyanın boks şirkətlərinin biriylə müqavilə imzalayıb. May ayında Farizin həmin ölkədə bir döyüşü nəzərdə tutulub. O, bu döyüş ərəfəsində azerisport.az müxbirinin suallarını cavablayıb.
 
- Həbsdən çıxan kimi yenidən peşəkar boksa qayıtmağı qərara aldınız. Halbuki yeddi il idi idmansız qalmışdınız...
- Düzü, bu barədə məndən dostlarım da soruşurlar. Bu yaşda və bundan da erkən bizim bir neçə boksçumuz karyeralarını başa vurub. Mən yeddi il cəza çəkdiyim müddətdə ancaq və ancaq idmana qayıtmaq barədə fikirləşmişəm. Peşəkar boks mənim təkcə peşəm deyil, həm də həyatdakı xarakter və obrazımdı. Mən bokssuz yaşaya bilmərəm.
 
- Həbsdə olanda məşq edirdiniz?
- Formamı saxlamağa çalışırdım. Amma əlbəttə ki, cəzaçəkmə müəsisəsindəki hazırlıq zaldakı hazırlığa çata bilməz. Fəal hazırlığa bir neçə həftə əvvəl başlamışam. Mənim məşqçilər heyətimdə əvvəl olduğu kimi, Zahid Əliyev, Anar Məmmədov və güləşçi Saday İsmayılov yer alıb.
 
- Sənin bu qədər uzun müddətli fasilədən sonra idmana qayıtmağın və Almaniya şirkətiylə müqavilə imzalamağın gözlənilməz oldu...
- Bu yaxınlarda dostum və bizim idmançımız Azad Əzizov məni Almaniyaya dəvət etdi. Azad orada həm boksla məşğul olur, həm də yaşayır. Səfər zamanı mən rinqə çıxaraq Azadla yoxlama döyüşü keçirdim. Qeyd edim ki, son yeddi ildə ilk dəfəydi rinqə çıxırdım, əlcək geyinirdim. Bu, sırf menecerlər üçün nəzərdə tutulmuş döyüş idi. Onlar inana bilmirdilər ki, mən bu qədər müddətdə idmansız qalmışam. Döyüşümdən razı qalan alman menecerlər mənə müqavilə bağlamağı təklif etdilər. Beləliklə də, onlarla iki illik müqaviləyə imza atdım.
 
- May ayı üçün döyüş keçirməyiniz nəzərdə tutulur. Yeddi il idmanla məşğul olmayan birisi üçün bu, riskli deyil?
- Aydın məsələdi ki, mən 24 yaşımdakı kimi formada deyiləm. Belə deyək, hər şeyə təzədən yox, mənfidən başlayıram. Amma ən vacibi odu ki, özümdə böyük bir inam hiss edirəm. Həmişə demişəm, çempion olmurlar, çempion doğulurlar. Mən çempion kimi doğulduğumu yenidən təsdiqləmək istəyirəm.
 
- Bəs, məşqçilərin may ayında döyüş keçirməyinlə bağlı nə deyirlər?
- Açığı, həm dostlarım, həm də məşqçim risk etməyimi istəmir. Düzdür, onlar inanırlar ki, çox şeyə nail ola bilərəm. Amma bu qədər uzun müddətdən sonra döyüş təyin etməyimi riskli sayırlar. Buna baxmayaraq, mən özümə inanıram. Dostlarım da deyir ki, indi döyüşmək hələ tezdi. Onlar məsləhət görürlər ki, ilin sonlarında rinqə çıxım. 12 raundluq döyüş keçirməyi riskli sayırlar. Amma hesab edirəm ki, çempion rinqə elə çempion kimi qayıtmalıdı.
 
- Kiminlə döyüşəcəyin müəyyənləşib?
- Hələlik danışıqlar gedir. Yaxın günlərdə rəqiblə bağlı açıqlama verəcəyik.
 
- Əvvəl 61 kq çəkidə yarışırdın. Bəs, indi necə, çəkində dəyişiklik olacaq?
- Hə. Bu dəfə 63 kq-da çıxış etməyi nəzərdə tuturam. Hazırda çəkim 70 kq-dı. Döyüşə qədər çəkimi azaldacağam. Ən əsası mənim əhvalımdı. İdmana qayıtmağa psixoloji tərəfdən hazıram.
 
- Hazırda psixoloji durumun nə yerdədi?
- 2004-cü ildə olduğunda qat-qat yaxşı. İndi özümü daha rahat hiss edirəm, daha soyuq başla düşünürəm.
 
- Həbsdə olanda Azərbaycan idmanıyla maraqlanırdın?
- Azərbaycan idmançılarının uğurları məni çox sevindirirdi. Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, idmanda da gözəl işlər görülür. Bilirəm ki, qazandığımız medalların sayı əvvəlki illərə nisbətən artıb. Dünya və Avropa çempionu olan idmançılarımız çoxalır. Şadam ki, mənim həmkarlarım ölkəmizi layiqli şəkildə təmsil edirlər.
 
- Azərbaycanın həvəskar boks üzrə milli komandasının tərkibinə çox sayda legioner cəlb olunub. Buna münasibətin necədi?
- Boks millisi mənim çox xoşuma gəlir. Orada güclü boksçular çıxış edir. Aralarında dünya və Avropa çempionu olanlar var. Azərbaycan cəmi 20 ildir müstəqilliyini bərpa edib, bu müddətdə idmanda bu qədər işin görülməsi az şey deyil. Bu mənada, düşünürəm ki, boksçulara yaradılan bu qədər şəraitin qarşılığında onlar bütün  yarışlarda yaxşı nəticə verməyə borcludurlar.
 
- Həbsdə olanda dostların, yaxınların səninlə əlaqə saxlayırdılar?
- Dost sözü mənim üçün müqəddəsdi. Kim ki mənim dostumdu, onlar həbsdə olanda da məni tək buraxmadılar. Allaha çox şükür ki, dost seçimində yanılmamışam.
 
- Yeri gəlmişkən, həbs həyatında mütaliə edirdin?
- Quranı oxuyurdum. Bundan başqa, dünyəvi kitablara da maraq göstərirdim.
 
- Sənin qazandığın titullar qüvvədə qalır, yoxsa?
- Təəssüf ki, yox. Bildiyiniz kimi, mən WBO və WBCA versiyalarında kəmərə sahib olmuşdum. Kəmərin sahibi ildə bir dəfə onu qorumaq üçün döyüş keçirməlidi. Amma mənim belə bir imkanım olmadı. Buna görə də hazırda keçmiş çempion sayılıram.
 
- Menecerlər fiziki durumunla bağlı nə dedilər?
- Onlar yaxşı mənada təəccüblənmişdilər. Hətta bəziləri Almaniyada qalıb yaşamağımı təklif etdilər. Amma mən buna razı olmadım. Mən vətəni sevirəm və heç yana getməyə hazırlaşmıram. Yeddi il az müddət deyil. Bu dövrdə çox şey barədə fikirləşmişəm.
 
- Ötən yeddi ilə baxanda peşmançılıq hissləri keçirdiyin olub?
- Mən özümün bəzi səhvlərimə görə təəssflənirəm. İndi həmin hərəkətləri təkrarlamazdım. Qanunun qarşısında hamı birdi. Sıravi insan da, məşhur idmançı da. 20-25 yaş idmançı üçün ən təhlükəli mərhələdir. Zamanında səhvlər etdim və qanunla da haqlı olaraq cəzamı çəkdim. İndi 32 yaşım var. Peşəkar boksda çox şey 30 yaşdan sonra başlayır. Bu mənada, bundan sonra bütün fikrimi ancaq idmana yönəldib uğurlar qazanmaq istəyirəm.

 

Другие новости этого раздела

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi01 noyabrZamiq Atakişiyevdən ikinci qələbə27 avqustZamiq Atakişiyevdən debütündə erkən qələbə01 avqustQəbələnin boksçusu Riqada rinqə çıxacaq30 iyulBoks yığmamız ABŞ-a bu heyətlə gedir28 iyunRüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı25 iyunÜç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı01 iyunAzərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu24 mayAlekseyevna DÇ-də növbəti mərhələyə adladı24 mayMillimiz Qazaxıstanda 9 boksçu ilə mübarizə aparacaq18 mayBoksçularımız Heydər Əliyev kubokunda 2-ci oldular13 mayTeymur Məmmədov: Məndə rəqibi özümdən zəif saymaq xüsusiyyəti yoxdu26 aprelLisenziya yarışı Qəbələdə keçiriləcək?26 aprelAbdullayevdən lisenziya, Alekseyevna və Sotomayordan qızıl medal17 aprelCavid Çələbiyev lisenziya xarakterli turnirdə çempion oldu16 aprel
9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu
BAKU 2020
Neftchi fan shop