Millimizin 3 üzvü Polşada baxışdadır
19 iyun 2016 16:00
Basketbol üzrə ölkə çempionatının gümüş medalını qazanan NTD 3 oyunçusunu Polşaya baxışa göndərib. Azerisport.az xəbər verir ki, Əkbər Məmmədov, Endər Poladxanlı və Ömər Əhmədzadə Praqada baxışdan keçir.
Klub prezidenti Bəhram Abdinovun rəhbərliyi altında Polşaya yollanan basketbolçuların çıxışı bəyənilsə, onlar yerli klublardan birinin heyətinə qoşulacaq. Basketbolçular vətənə iyunun 22-də qayıdacaq. Bundan sonra onlar U-18 yığmamızın toplanışına qoşulacaq.