Sabah ölkə çempionatında bürünc medalçı bəlli olacaq
20 may 2016 14:40
Sabah "The Club Port Baku"nun idman zalında 23-cü Azərbaycan çempionatının bürünc medallar uğrunda həlledici görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, "Bakı" və "Baku Oilers" klubları üçüncü dəfə üz-üzə gələcəklər.
Qarşılaşma saat 11:30-da start götürəcək.
Xatırladaq ki, "Bakı" və "Baku Oilers" komandalarının arasında final seriyasının hesabı 1:1-dir. Tərəflər əvvəlki oyunlarda hərəyə bir qələbə qazandığından, üçüncü - həlledici görüşə ehtiyac duyulub.