Elxan Əliyev: Avrokuboklarda da mübarizə apara bilərik
16 may 2016 16:45
Tarixində ilk dəfə ölkə çempionu olan AzTOP-un məşqçisi Elxan Əliyev komandasının uğurundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Məni bura dəvət etdilər. Yarımfinaldan AzTOP-a məşqçilik etdim. Əlimdən gələni etdim. Uşaqlar da sağ olsun. İlk dəfə bu komanda çempion oldu. Rəhbərlik diqqətini artırsa, AzTOP avrokuboklarda da mübarizə apara bilər. Növbəti mövsüm komandada işləyib-işləməyəcəyimi deyə bilmərəm. Başda Fuad Niftəliyev olmaqla komandamı ürəkdən təbrik edirəm. Hakimlər haqda danışmaq istəmirəm".