NTD finalda, AZTOP və Bakı daha bir görüşə çıxacaq
24 aprel 2016 00:05

"The Club Port Baku"nun idman zalında basketbol üzrə kişilər arasında 23-cü ölkə çempionatının yarımfinalın növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, çox gərgin mübarizə şəraitində keçən oyunda AZTOP ilk matçda məğlub etdiyi "Bakı"ya uduzub.
NTD isə növbəti dəfə "Baku Oylerz"ə qalib gəlib. Nəticədə, ardıcıl iki qələbə qazanan NTD ilk finalçı olub. AZTOP və "Bakı" isə digər finalçını müəyyənləşdirmək üçün üçüncü dəfə üz-üzə gəlməli olacaq.
Yarımfinal (ikinci oyunlar)
NTD - "Baku Oilers" - 95:64 (2:0, ilk oyun 91:39)
AZTOP - "Bakı" - 57:77 (1:1, ilk oyun 77:69)