NTD liderliyini davam etdirir
28 mart 2016 14:40
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında ölkə çempionatının 13-cü turu keçirilib. Azerisport.az xəbər verir ki, "Bakı" - "Baku Oilers" oyunu çox gərgin mübarizə şəraitində keçib.
Yalnız dördüncü hissənin son saniyələrində "Baku Oilers" mizanı öz xeyrinə əyə bilib - 73:68.
Digər oyunların nəticələri:
AZTOP - BDU - 138:46
"Sıçrayış" - NTD - 73:89
"Dərviş" - "Araz" - 67:42
Turnir cədvəli: NTD - 24, AZTOP - 22, "Baku Oilers" - 21, "Бакы" - 20, "Dərviş" - 20, "Sıçrayış" - 18, "Araz" - 15, BDU - 13.