Azərbaycan millisi Novruz turnirində üçüncü oldu
21 mart 2016 14:30
Bişkekdə təşkil olunan "Novruz-2016" turnirinə bu gün yekun vurulub. Azerisport.az xəbər verir ki, əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması son gündə üçüncü yer uğrunda oyunda yerli "Bars" klubu ilə üz-üzə gəlib.
Qırğızıstan klubu ilə görüş millimizin 81:77 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, komandamız bu turnirin bürünc medallarını qazanıb.