Azərbaycan yığmasında yeni baş məşqçi
13 mart 2016 00:00
Mart ayının 12-də Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda iştirak edənlərin yekdil qərarı ilə Elxan Əliyev kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsindən azad edilib.
Qəbul olunan digər bir qərara görə, bu vəzifəyə Samit Nuruzadə təyin edilib.