Yığmamız birinci mərhələdə ikinci oldu
Xəbər verdiyimiz kimi, U-16 yığma komandamız Həştərxanda keçirilən Yeniyetmə Basketbol Xəzər Liqasının birinci mərhələsində iştirak edir. Azerisport.az xəbər verir ki, "Atırau" (Qazaxstan) məğlubiyyətindən sonra (77:79) Samit Nuruzadənin yetirmələri Türkmənistan (76:64 /15-9, 13-23, 29-13, 19-19/) və Həştərxan (89:47 /24-11, 21-9, 24-11, 20-16) komandalarına qalib gəlib.
Ümumiyyətlə, Xəzər Liqasının ilk mərhələsində Türkmənistanla oyunda bəzi səhfləri çıxmaq şərti ilə komandamız çox yaxşı təsir bağışladı. Belə ki, Həştərxan komandası ilə qarşılaşmanın dördüncü hissəsində Samit Nuruzadə həsabda böyük fərqi nəzərə alaraq meydana ehtiyat heyyəti buraxdı. Buna baxmayaraq bu hissədə də basketbolçularımız Həştərxan həmyaşıdlarını 20-16 hesabı ilə məğlub etdilər.
Qeyd edək ki, gənc komandamızın bütün oyunçuları mərhələ boyu yaxşı oyun sərgiləməyə çalışdılar. Təbii ki, oyunlarda buraxılan müəyyən qüsurların aradan götürülməsi üçün baş maşqçinin kifayət qədər vaxtı var.
Yekunda millimiz Həştərxanda ikinci yerlə kifayətlənib. (ABF)