Bakı və NTD liderliyini davam etdirir
2 fevral 2016 00:10
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında ölkə çempionatının 9-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda "Araz" - "Bakı" qarşılaşması çox gərgin mübarizə şəraitində keçib.
Oyunun taleyi yalnız dördüncü hissədə "Bakı"nın cüzi üstünlüyü ilə həll olundu - 83:79.
Digər oyunların nəticələri:
AZTOP - "Araz" - 89:52
NTD - "Dərviş" - 67:55
BDU - "Sıçrayış" - 39:91
Turnir cədvəli: "Bakı" - 17, NTD - 17, AZTOP - 15, "Sıçrayış" - 14, "Baku Oilers" - 14, "Dərviş" - 12, "Araz" - 10, BDU - 9.
Növbəti turun oyunları fevralın 6-da keçiriləcək:
11:00. "Baku Oilers" - "Dərviş"
12:30. AZTOP - "Bakı"
14:00. "Araz" - "Sıçrayış"
15:30. NTD - BDU