Yığmalarımızın rəqibləri bəlli oldu
26 yanvar 2016 13:20
U-16 və U-18 yaş qruplarında Avropa Çempionatının ("C" divizionu) püşkatması keçirilib. Azerisport.az xəbər verir ki, 2016-cı il iyulun 17-dən 24-dək Nikosiyada Samit Nuruzadənin yetirmələri (U-16) öz güclərini sınayacaqlar. Yarışda iştirak edən komandalar 2 qrupa bölünüb.
"A" qrupu: Malta, Uels, Kipr, San-Marino, Azərbaycan.
"B" qrupu: Moldova, Cəbəllüttariq, Ermənistan, Andorra, Albaniya.
Tahir Baxşıyevin yetirmələri (U-18) isə iyulun 8-dən 15-nə kimi San-Marinoda yarışacaqlar.
"A" qrupu: Azərbaycan, Cəbəllüttariq, Andorra, Monako.
"B" qrupu: Uels, Malta, San-Marino, Kosovo, Moldova.