Azərbaycan medal sayına görə ikinciliyini qoruyur
28 iyun 2015 00:15
Azərbaycan Avropa Oyunlarının geridə qalan yarış günlərində 56 medal qazanıb. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 21 qızıl, 15 gümüş, 20 bürünc medal əldə ediblər.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 161. Qonşu ölkə təmsilçiləri 78 qızıl, 40 gümüş, 43 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir:
Rusiya – 161 (78-40-43), Azərbaycan – 56 (21-15-20), Böyük Britaniya – 47 (18-10-19), Almaniya – 64 (15-16-33), İtaliya – 45 (10-25-10), Belarus – 43 (10-11-22), Fransa – 38 (9-11-18), Ukrayna – 45 (8-14-23), Hollandiya – 28 (8-11-9), Macarıstan – 20 (8-4-8).