Azərbaycan medal sayına görə ikinciliyini qoruyur
27 iyun 2015 00:25
Avropa Oyunlarının geridə qalan 15 yarış günündən sonra Azərbaycanın hesabında 52 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 18 qızıl, 14 gümüş, 20 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 139. Qonşu ölkə təmsilçiləri 69 qızıl, 34 gümüş, 36 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya - 139 (69-34-36), Azərbaycan – 52 (18-14-20), Böyük Britaniya – 40 (16-8-16), Almaniya – 59 (14-14-31), İtaliya – 39 (10-20-9), Belarus – 43 (10-11-22), Macarıstan – 20 (8-4-8), Serbiya – 14 (8-4-2), Ukrayna – 41 (7-13-21), İspaniya – 27 (7-10-10).