Abdullayev finala çıxdı, erməni ilə döyüşəcək
26 iyun 2015 15:00
Bu gün Avropa Oyunları çərçivəsində boks üzrə növbəti görüşlər keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan boks yığmasının üzvü Əbdülqadir Abdullayev də növbəti görüşünə çıxıb.
O, yarımfinal mərhələsi çərçivəsində rusiyalı Sadam Maqomedovla qarşılaşıb. 91 kq çəki dərəcəsində üz-üzə gələn boksçuların dueli Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0.
Nəticədə, Abdullayev də finala yüksəlib. Azərbaycan təmsilçisi həlledici görüşdə Ukraynanı təmsil edən Gevorq Manokyan ilə qarşılaşacaq. Həmin görüş sabah keçiriləcək.