Azərbaycanlılar iş başında - 26 iyun
Azərbaycanlı idmançılar cümə günü Avropa Oyunları çərçivəsində 4 müxtəlif idman növü üzrə mübarizə aparacaqlar. Azerisport.az sizi həmin yarışların proqramı ilə tanış edir.
Günün qılınc oyunu
Qılıncoynatma, saat 09:00-dan etibarən
Qılıncoynadan Məryəm və Nübar Məlikova bacıları, qadınlar arasında şpaqa ilə komanda yarışışında çıxış edəcəklər. 16 yaşlı ən gənc idmançı Cavanşır Ağakişiyev isə kişilər arasında sablya üzrə mübarizəyə qoşulacaq.
Sərhədlər yox olacaq
Cüdo, saat 14:50-dan etibarən
Dünya reytinqi cədvəlində 3-cü yerdə olan Səbinə Abdullayeva qadınların 57 kq-adək çəki dərəcəsində gözdən əlil idmançılar arasında qızıl medal uğrunda yarışacaq.
Kişilər arasında isə, müharibə əlili olan və adətən 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan görmə məhdudiyyətli İlham Zəkiyev, Bakı 2015 ilk Avropa Oyunlarında 90 kq-dan yuxarı çəkidə qızıl medal uğrunda rəqibə qarşı görüş keçirəcək.
Qızıl əlcəklər
Boks yarışı, saat 18:45-dən etibarən
Yüngülvari çəki dərəcəsində olan azərbaycanlı boksçu Elvin Məmişzadə, italiyalı rəqibi Vikenzo Pikardi ilə üz-üzə gələcək. Növbəti mərhələdə isə, daha çox Lorenzo adı ilə tanınan Azərbaycanı təmsil edən Kollazo Sotomayor, digər italyan rəqibi Vikenzo Manqiakapre ilə birinci yarım-orta çəki dərəcəsində qızıl medal uğrunda yarışacaq.
"Qum adamları" üçün yuxu yoxdur
Çimərlik futbolu, saat 20:30-dan etibarən
Çimərlik Arenasında kişilər arasında çimərlik futbolu üzrə mübarizənin A qrupunda Azərbaycan - Portuqaliya qarşılaşması baş tutacaq.