Azərbaycan medal sayına görə ikinciliyini qoruyur
26 iyun 2015 00:25
Avropa Oyunlarının geridə qalan 14 yarış günündən sonra Azərbaycanın hesabında 46 medal var. Azerisport.az xəbər verir ki, idmançılarımız indiyə kimi 15 qızıl, 13 gümüş, 18 bürünc medal qazanıblar.
Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir. Ən çox medal qazanan ölkə isə Rusiyadır - 123. Qonşu ölkə təmsilçiləri 59 qızıl, 32 gümüş, 32 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin medal sıralaması belədir: Rusiya – 123 (59-32-32), Azərbaycan – 46 (15-13-18), Böyük Britaniya – 34 (14-6-14), Almaniya – 47 (13-12-22), Belarus – 42 (10-10-22), İtaliya – 32 (9-16-7), Macarıstan – 19 (8-4-7), Serbiya – 13 (8-4-1), İspaniya – 24 (7-8-9), İsveçrə – 14 (7-4-3).