Yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olub
30 may 2014 19:33

Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı olub. Azerisport.az xəbər verir ki, mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Nazir idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.
Azad Rəhimov deyib ki, son vaxtlar dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsi sevindirici haldır. Ölkəmizdə idman infrastrukturu təkmilləşdirilir. Nazir deyib ki, bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində mümkün olub. Hazırda ölkəmizdə idman sürətlə inkişaf edir, maddi-texniki baza möhkəmlənir.
Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd etmişdir ki, təsnifat turnirinin təşkili ölkəmizdə idmanın bu növünün inkişafına töhfə verəcək. Turnirin cari ildə Çinin Nankin şəhərində təşkil olunacaq II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığını diqqətə çatdıran Ç. Hüseynzadə iştirakçılara uğurlar arzulayıb.
Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirən Hansorq Virç turnirin Azərbaycanda atletikanın inkişafına kömək olacağını söyləyib.

Dövlət himni səsləndikdən sonra turnir açıq elan edilib.
Xatırladaq ki, atletikanın 18 növü üzrə keçirilən Avropa təsnifat turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparır. Bunlardan 333-ü qız, 357-si isə oğlandır. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün 108 olacaqdır.

Yarışda ölkəmizi 16 atlet - 9 oğlan, 7 qız idmançı təmsil edir.