Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutdu
14 fevral 2013 18:04

Azərbaycan idmançısı Hayle İbrahimov Fransada keçirilən beynəlxalq turnirdə 3000 metr məsafəni 7.39.79 nəticəyə qət edərək ikinci yerə layiq görülüb. Azerisport.az xəbər verir ki, bu nəticə ilə o, yeni ölkə rekorduna nail olub.
Qeyd edək ki, Hayle İbrahimov on gün əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş beynəlxalq turnirdə həmin məsafəni 7.41.49 nəticə ilə qət edərək üçüncü olmuşdu.