Azərbaycanlı sprinterdən iki medal
23 iyul 2012 18:27
Finlandiyanın Lapperanta şəhərində atletika üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığmasının sabiq üzvü, ötən ilin aprelindən Türkiyə vətəndaşlığını qəbul edərək, bu ölkənin bayrağı altında yarışlara qatılan Ramil Quliyev də mübarizə aparıb.
Azərbaycanlı spirinter Finlandiya turnirində 2 məsafəyə qaçışda özünü sınayıb. 100 metr məsafəni 10,40 saniyəyə qət etməklə yamaykalı atlet Jaka Xarveydən (10,25 saniyə) sonra ikinci yeri tutan R.Quliyev 200 metr məsafədə isə bütün rəqiblərini qabaqlayıb. Finişə hamıdan tez çatan R.Quliyev 20,53 saniyə nəticə göstərib.