Azərbaycanlı Avropa çempionatının yarımfinalında
27 iyun 2012 15:07

Bu gün Finlandiyada yüngül atletika üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə azərbaycanlı idmançılardan öncə sprinter Ruslan Abbasov öz qüvvəsini sınayıb.
1/4 finalda o, 100 metrlik məsafəni 10,58 saniyəyə dəf etməyi bacarıb. Bu göstərici isə idmançımızın qitə birinciliyində yarımfinala çıxması üçün yetərli olub.
Qeyd edək ki, digər atletlərimizdən Hakim İbrahimovu 400 metr, Hayle İbrahimovu isə 5000 metr məsafəyə qaçış gözləyir.