Azərbaycanlı atlet Türkiyənin baş nazirinə müraciət etdi
25 yanvar 2012 13:56

Türkiyə vətəndaşlığına keçdiyinə görə beynəlxalq müsabiqələrdə iştirakdan məhrum edilən azərbaycanlı atlet Ramil Quliyev hazırkı durumu ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Türkiyə mətbuatına müsahibəsində maraqlı fikirlər söyləyib.
Belə ki, artıq dövlət məmurlarına müraciət etdiyini və onlardan yardım gözlədiyini açıqlayan Quliyev özünü "qarajda bağlı qalmış Ferrari kimi” hiss etdiyini bildirib:
“Alınacaq icazə ilə bağlı hörmətli baş nazir Recep Tayyip Erdoğan və İdman Naziri Suat Kılıçdan dəstək gözləyirəm. Ölkəm Azərbaycanın mənə anlayış göstərməsi və lazımi icazəni verməsi bu görüşmələrə bağlıdı. Yeni rekordlara imza atmaq istəyirəm. Alacağım medallara görə hər iki qardaş ölkənin sevinib, mənimlə qürur duyacağını bilirəm”.

Vətəndaşlığını dəyişdirməsinin ardından 2 ildi beynəlxalq yarışlarda iştirak edə bilməməsinə toxunan Ramil bunları vurğulayıb: “Güclü və iddalı isimlərlə start almaq üçün çox darıxıram. özümü qarajda saxlanılam Ferrari kimi hiss edirəm”.