Ramil Quliyevin məsələsinə prezidentlər qarışacaq
20 dekabr 2011 13:34

Azərbaycanlı atlet Ramil Quliyevin Türkiyə yığmasında çıxış etməsi ilə bağlı məsələ açıq qalır. Azerisport.az xəbər verir ki, Azərbaycan tərəfinin qadağa qoyduğu atletin məsələsi ilə Türkiyənin gənclər və idman naziri Suat Kılıç məşğul olur.
Nazir Türkiyə mətbuatına açıqlamasında Azərbaycan tərəfi ilə danışıqların davam etdiyini bildirib: "Azəri rəsmilərlə danışıqlarımız davam edir. Yeni dönəmdə lazım olsa məsələni iki ölkənin naziri, hətta prezidentləri səviyyəsinə qaldırmağı düşünürük. Azərbaycanın daha anlayışlı mövqe ortaya qoymasını gözləyirik. Ramil Quliyev Azərbaycan bayrağı altında da yarışsa, "ay-ulduzlu" bir bayraq üçün yarışmış olacaq. Türkiyə bayrağı altında da yarışsa, "ay-ulduzlu" bir bayraq üçün yarışmış olacaq. "1 millət, 2 dövlət" sözümüz boşuna deyil. Bu məsələdə "1 millət, 2 dövlət" olmanın gərəyini Azərbaycan rəsmiləri mütləq ortaya qoymuş olacaq".