Azərbaycan olimpiadaya ilk lisenziyasını qazandı
23 iyun 2011 14:10

Azərbaycan 2012-ci ildə Londonda keçiriləcək olimpiadaya ilk lisenziyasını qazanıb. Azerisport.az xəbər verir ki, buna cəkicatma idman növü üzrə təmsilçimiz Dmitri Marşin Belarusda keçirilən beynəlxalq turnirdə nail olub.
O, Minskdə təşkil olunan Mixail Jelobovskoqonun xatirəsinə həsr olunan turnirdə üçüncü yeri tutub. Marşin 74,4 m nətic göstərib ki, bu da ona olimpiadaya vəsiqəni təmin etməyə yardımçı olub.
Qeyd edək ki, bu, ölkəmizin olimpiadaya ilk lisenziyasıdı. Marşinə gəlincə, o, “Ümid” klubunu təmsil edir.