Polşadan Azərbaycana iki qızıl medalla
19 may 2011 02:16

İki yeniyetmə azərbaycanlı gimnast bu günlərdə Varşavada keçirilən beynəlxalq turnirin qalibi olublar. Azerisport.az xəbər verir ki, çoxnövçülükdə öz yaş kateqoriyasında ilk qızıl medalı 10 yaşlı Leyla İbrahimova qazanıb.
Bu, artıq son dövr ərzində gənc idmançının qazandığı ikinci mükafatdır. Apreldə o, Rusiyadakı yarışın gümüş mükafatçısı olmuşdu.
İkinci qızıl medalı 2002-03-cü il təvəllüdlü gimnastlar kateqoriyasında çıxış edən 8 yaşlı Aydan Ağayeva qazanıb.
Nəhayət, 2003-cü il təvəllüdlü daha bir idmançı Ləman Hüseynova yarışın təşkilatçıları tərəfindən turnirin xüsusi mükafatına layiq görülüb. Məşqçilərin sözlərinə görə, bu və başqa gimnastlar mayın sonlarında Rusiyanın Zveniqorod şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.