Yelena İsinbayeva idmanı tərk edir (FOTO)
22 may 2010 16:54

Şüvüllə tullanmada bütün mümkün rekordların sahibəsi Yelena İsinbayeva idmandan getmək barədə qərar verib.
azerisport.az saytı xəbər verir ki, Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuz çıxışdan sonra özünə gələ bilməyən İsinbayeva mətbuata belə açıqlama verib. Lakin son qərar məşqçi ilə məsləhətləşmədən sonra bəlli olacaq.
Qətərdə təşkil olunmuş dünya birinciliyində Yelena 4 metr 75 santimetr hündürlüyü ram edə bilməyərək 4-cü yeri tutub.