Akkorddan əzmkar oyun
19 oktyabr 2013 14:50
Kişi otüstü hokkeyçilər arasına 12-ci açıq ölkə çempionatında növbəti turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ilk olaraq meydana “Atasport” və Sumqayıtın “Gənclik” komandaları çıxıblar. Bu oyun gözlənildiyi kimi, paytaxtlıların qələbəsi ilə bitib – 5:2.
Günün intizarla gözlənilən matçı “Akkord”la Rusiyanın Azov şəhərini təmsil edən TANA klubu arasında baş tutub. Tərəflərin ciddi cəhdinə baxmayaraq, ilk 25 dəqiqədə qapılara qol vurulmayıb. Oktyabrın 18-də ad gününü qeyd edən Saleh Balamiyev 26-cı dəqiqədə komandasını hesabda irəli çıxarıb.
İkinci hissənin əvvəllərinə qədər 1:0 hesabı dəyişməz qalıb. Ötən gün “Atasport”un qapısından 3 top keçirən Kiril Derevyançenko, yenə məşarətini göstərib. Bir qədər sonra TANA-nın qolçusu daha 2 top vuraraq komandasını hesabda irəli çıxarıb.
Amma deyəsən, rusiyalı hokkeyçilər qələbəyə vaxtından əvvəl inanıblar. Arxayınçılığa yol verən rəqib çempionumuz tərəfindən 2 dəfə cəzalandırılıb və matç heç-heçə başa çatıb (3:3).
Bu gün daha bir görüş keçirilib. Qusar “Şahdağ”ı TANA ilə qarşılaşmada hesada irəli olsa da, sonradan üstünlüyü əldən verib – 1:3
Yüksək dəstədə növbəti oyunlar oktyabrın 21-də baş tutacaq. TANA “Atasport”la, “Gənclik” klubu “Akkord”la görüşəcək.
Komanda
|
O
|
Q
|
H
|
M
|
Qol
|
Xal
|
"Akkord" (Bakı)
|
13
|
9
|
4
|
0
|
68-19
|
31
|
XK TANA (Azov)
|
12
|
9
|
2
|
1
|
66-19
|
29
|
"Atasport" (Bakı)
|
13
|
7
|
2
|
4
|
53-27
|
23
|
"Şahdağ" (Qusar)
|
14
|
3
|
0
|
11
|
48-62
|
9
|
"Gənclik" (Sumqayıt)
|
14
|
1
|
0
|
13
|
16-124
|
3
|