Atasport qələbəni əldən verdi
17 oktyabr 2013 19:09
Bu gün kişi otüstü hokkeyçilər arasına 12-ci açıq ölkə çempionatında növbəti turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ilk olaraq meydana "Atasport" ilə Rusiyanın Azov şəhərini təmsil edən TANA klubu çıxıblar.
Gəngin mubarizənin ilk hissəsində paytaxtlılar üstün olublar – 2:1. Amma fasilədən sonra qonaqlar təşəbbüsü ələ alıblar və daha 2 qol vuraraq qələbə qazanıblar (3:2).
Günün 2-ci oyununda "Şahdağ" (Qusar) - "Akkord" (Bakı) kollektivləri qarşılaşıblar. Bu rəqabətdə bakılılar sevinən tərəf olublar – 10:2.
Yüksək dəstədə növbəti görüşlər oktyabrın 18-də keçiriləcək. Saat 13.00-da “Gənclik” (Sumqayıt) və “Atasport” kollektivləri üz-üzə gələcəklər. Həmin maçtdan sonra TANA və ölkə çempionu “Akkord” qarşılaşacaqlar.
Komanda
|
O
|
Q
|
H
|
M
|
Qol
|
Xal
|
"Akkord" (Bakı)
|
12
|
9
|
3
|
0
|
65-16
|
30
|
TANA (Azov)
|
10
|
8
|
1
|
1
|
60-15
|
25
|
"Atasport" (Bakı)
|
12
|
6
|
2
|
4
|
48-25
|
20
|
"Şahdağ" (Qusar)
|
13
|
3
|
0
|
10
|
47-59
|
9
|
"Gənclik" (Sumqayıt)
|
13
|
1
|
0
|
12
|
14-119
|
3
|