Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan millisi Praqada iki qələbə qazandı

5 iyul 2013 23:18
Bu il iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatında mübarizə aparacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası baş məşqçi Adil Paşayevin başçılığı altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir. Azerisport.az xəbər verir ki, bu məqsədlə millimiz iyunun 28-də təlim-məşq toplanışı və yerli hokkeyçilərlə bir-neçə yoxlama oyunu keçirmək üçün Polşaya, iyulun 3-dən isə Çexiyanın paytaxtı Praqaya gedib.
 
Praqadakı ilk sınaq oyununda millimiz Çexiya yığmasına 3:2 hesabı ilə qalib gəlib. Matçın birinci yarısında Anastasiya Tsqanskaya, Yuliya Muradi və Fəridə Məmmədovanın vurduqları qollardan sonra məşqçilər gənc hokkeyçiləri meydaçaya buraxıb və yerli hokkeyçilər bu fürsətdən istifadə edərək 2 top vurmaqla yalnız hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Dünən Bakı vaxtı ilə saat 22.00-da həmyerlilərimiz Çexiyada meydan sahibləri ilə növbəti yoxlama oyunu keçiriblər. Həmin qarşılaşmada 4 :0 hesaı ilə qələbə qazanan komandamızda Yuliya Muradi 3, Gülər Aydınlı isə 1 qolun müəllifi olub. İkitərəfli razılığa əsasən qadın hokkeyçilərimiz bu gün Avstriya təmsilçiləri ilə də 1 oyun  keçirəcəklər.
 
Bundan sonra iyulun 7-də həmyerlilərimiz yerli hokkeyçilərlə daha 1 dəfə qarşılaşacaqlar. Bir daha xatırladırıq ki, həmyerlilərimiz Çexiya səfərindən əvvəl Poznan şəhərində Polşanın  milli komandası ilə 3 yoxlama oyununda da qüvvələrini sınayıblar. Qadın hokkeyçilərimiz ilk görüşdə minimal hesabla məğlub olsalar da sonrakı qarşılaşmaları qələbə ilə başa vurublar. İyulun 8-də millimiz vətənə qayıdacaq və qitə çemionatına son hazırlığı Bakıda keçirəcəklər. 
 
2013-cü il avqustun 5-dən 11-dək Avstriyanın paytaxtı Vyana şəhərində anoloji yarışda iştirak edəcək ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandası da məsul yarışa hazırlığın növbəti mərhələsini Praqa şəhərində keçirir. Baş məşqçi Saleh Hüseynovun rəhbərlik etdiyi yığmamız da 2 gün əvvəl Çexiya təmsilçiləri ilə ilk sınaq qarşılaşmasında 4:3 hesablı qələbə qazanıb. Matçın I  hissəsində  4:1 hesabı ilə irəlidə olan komandamızın heyətində  fasilədən sonra ehtiyat oyunçulara şans verilib. Bu da oyunda özünü göstərib. Həmyerlilərimiz öz qapılarından 2 cavabsız top buraxsalar da minimal hesablı qələbəni əldən verməyiblər. Dünən kişi hokkeyçilərimiz qarşıdakı Avropa çempionatında eyni qrupda çıxış edəcəkləri rəqibi - Uels yığması ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzublar. Kişi otüstü hokkeyçilərimiz iyulun 6-da Çexiya təmsilçiləri ilə daha bir görüş keçirəcəklər.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah