Azərbaycan çempionu son matçında beş cavabsız qolla uduzdu
1 aprel 2013 00:53

Bakının “Atasport” otüstü xokkey klubu Almaniyada qadınlar arasında Çempionlar Kuboku yarışlarının qrup mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Hollandiyanın “Laren” kollektivi olub.
Matç “Atasport”un 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Qrupun digər oyununda isə Almaniyanın “Rot-Vayss” komandası İngiltərə “Lester”i ilə sülh bağlayıb – 1:1.
Qeyd edək ki, hokkeyçilərimiz ilk oyunda Almaniyanın “Rot-Vayss” komandası ilə qarşılaşmış və rəqibinə 1:3 hesabı ilə uduzmuşdular. İngiltərənin “Lester” kollektivi ilə görüşdə isə 0:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
Turnir cədvəli: Laren - 15 xal, Rot-Vayss, Lester - 8, Atasport - 2.