Təmsilçimiz Almaniya klubu ilə bacarmadı
30 mart 2013 12:33
Martın 29-da Almaniyada Bakının otüstü xokkey klubu “Atasport” qadınlar arasında Çempionlar Kuboku yarışlarının qrup mərhələsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Almaniyanın “Rot-Vayss” kollektivi olub.
Matç Almaniya komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Atasport” növbəti matçını bu gün İngiltərənin “Lester” klubuna qarşı keçirəcək.