Azərbaycan çempionu ingilis klubuna da məğlub oldu
30 mart 2013 22:40
Bu gün Bakının “Atasport” otüstü xokkey klubu Almaniyada qadınlar arasında Çempionlar Kuboku yarışlarının qrup mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi İngiltərənin “Lester” kollektivi olub.
Matç “Atasport”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, hokkeyçilərimiz ilk oyunda Almaniyanın “Rot-Vayss” komandası ilə qarşılaşmış və rəqibinə 1:3 hesabı ilə uduzmuşdular.