Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan yığmasının Avropa çempionatında rəqibləri məlum oldu

1 mart 2013 14:40
Bu ilin iyul ayında Fransanın Kabrai şəhərində keçiriləcək Avropa çempionatı-2 yarışında mübarizə aparacaq ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının rəqibləri aşkar olunub. Azerisport.az Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən xəbər verir ki, iki ildən bir keçirilən qitə çempionatının ikinci səkkizliyində çıxış edən yığmamız iyulun 21-dən 28-dək "A" qrupunda Ukrayna, Fransa və Litva hokkeyçiləri ilə yenidən yüksək dəstəyə çıxmaq uğrunda yarışacaq. Digər qrupa isə İtaliya, Rusiya, Polşa və Avstriya təmsilçiləri daxildirlər.
 
Xatırladaq ki, qitənin 8 ən güclüsü sırasında yarışan milli komandamız 2011-ci ilin avqust ayında koreyalı məşqçilər korpusunun rəhbərliyi altında Almaniyada keçirilən Avropa çempionatında ümumi hesabda VII yeri tutaraq güçlülər dəstəsini tərk etmək məcburiyyətində qaldı. Hazırda koreyalı məşqçilər və oyunçulardan imtina edən millimiz baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə növbəti qitə çempionatına hazırlaşır. Komandamızın heyətinin əksəriyyətini isə yerli gənc hokkeyçilər təşkil edir.
 
Fevralın 25-dən martın 19-dək yığmamız Bakıda təlim-məşq toplanışına başlayıb. Paytaxtdakı toplantıdan sonra yığmamız ikitərəfli razılığa əsasən Almaniyada yerli hokkeyçilərlə məşqlərdə və yoxlama oyunlarında iştirak etmək üçün həmin ölkəyə gedəcək.
 
Qeyd edək ki, Avropa çempionatında millimiz ilk oyununu iyulun 22-də meydan sahibləri - Fransa hokkeyçilərinə qarşı keçirəcək. İki gün sonra həmyerlilərimiz Ukrayna hokkeyçiləri ilə qarşılaşacaq. Qrup mərhələsində sonuncu oyun isə iyulun 25-də Litva təmsilçilərinə qarşı keçiriləcək. Bir günlük istirahətdən sonra qitə çempionatının iştirakçıları "play-off" oyunlarında görüşəcəklər. Əvvəlcə qruplarda 4-cü yeri tutanlar, ardınca qrup üçüncüləri qarşılaşacaq. Sonra "A" qrupunun 2-cisi "B" qrupunun qalibi ilə, daha sonra "A" qrupunda 1-ci nəticə göstərən komanda ilə "B" qrupunun 2-cisi mübarizə aparacaqlar. Çempionatın sonuncu günü - iyulun 28-də A4-B3, A3-B4, sonra bir gün əvvəl "çarpaz" üsulla qarşılaşan cütlərin oyununda məğlub olanlar 3-cü yer uğrunda, qalib gələrək Avropanın ən güclü 8 komandası sırasına vəsiqə qazananlar isə formal xarakter daşıyan baş mükafat uğrunda mübarizə aparacaqlar.

Другие новости этого раздела

Kişi və qadın hokkeyçilərimiz AÇ-dən mükafatsız qayıtdılar27 iyulHokkeyçi qızlarımız AÇ-yə qələbə ilə başladılar22 mayQadın hokkeyçilərimiz Olimpiya Oyunlarına gedə bilərlər24 martYığmamız Dünya Hokkey Liqasının ikinci raunduna hazırlaşır16 yanvarKişi hokkeyçilərimiz ciddi sınaq qarşısında02 sentyabrYığmamız AÇ-da ilk qələbəsini qazandı24 iyulAzərbaycan Çexiya, Türkiyə, Litva və Slovakiyaya qarşı17 iyulAzərbaycan AÇ-da ikinci yeri tutdu13 iyulAzərbaycan Cəbəllütariqə qalib gəldi, Ermənistanla dueli gözləyir11 iyulAzərbaycan Cəbəllütariq və Ermənistana qarşı07 iyulAdil Paşayev: Hədəfimiz Rio olimpiadasıdır29 noyabrAdil Paşayev: Azərbaycan çempionatında xoşagələn məqamlar var28 oktyabrAkkord və Atasport-Binə hokkeyçiləri fərqləndilər27 oktyabrAtasport-2 çempion oldu27 oktyabrÇempion sabah “qızıl oyun”da müəyyənləşəcək26 oktyabr
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
BAKU 2020
Neftchi fan shop