Azərbaycan 4-cü qələbəsini qazanıb, mərhələ adladı
3 dekabr 2012 00:44
Qətərin paytaxtı Doha şəhərində təşkil edilən Dünya Hokkey Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan hokkeyçiləri bu dəfə Şri-Lanka ilə münasibətlərinə aydınlıq gətiriblər.
Qarşılaşma yığmamızın qələbəsi ilə başa çatıb – 4:3. Bu qələbə komandamızı turnirin ikinci mərhələsinə çıxarıb.
Maraq üçün xatırladaq ki, Azərbaycan millisi qrupunda öncə Qətər, Türkiyə və Omana da qalib gəlmişdi.