Azərbaycan qələbə ilə başladı
29 noyabr 2012 12:39
Qətərin paytaxtı Dohada Dünya Otüstü Xokkey Liqası yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandası da bu mötəbər yarışın birinci mərhələsində mübarizəyə başlayıb.
Reytinq cədvəlində 38-ci yeri tutan kişi xokkeyçilərimiz ilk oyunlarını meydan sahiblərinə qarşı keçiriblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda millimiz 5:4 hesablı qələbə qazanıb.
Yığmamızın heyətində Əli Qəzənfər het-trik, Saleh Balamiyev isə dubl edib.