Azərbaycan Qətərdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
21 noyabr 2012 01:52
Noyabrın 27-dən dekabrın 2-dək Qətərin paytaxtı Dohada Dünya Otüstü Xokkey Liqası yarışlarının birinci mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamız da turnirdə iştirak edəcək.
Noyabrın 24-də Qətərə yola düşəcək komandamız yerli yığma, Türkiyə, Oman və Şri-Lanka komandaları ilə qarşılaşacaq.
Millimiz ilk oyununu noyabrın 27-də meydan sahibləri - Qətər idmançılarına qarşı keçirəcək. Bir gün sonra xokkeyçilərimizin rəqibi Türkiyə yığması olacaq. Millimiz dekabrın 1-də Oman, ertəsi gün isə Şri-Lanka yığması ilə üz-üzə gələcək.