Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Beynəlxalq Hokkey Federasiyası yarışların keçirilməsi sistemində dəyişikliklər etdi

17 noyabr 2012 00:44
Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində dəyişikliklər edib. Azerisport.az xəbər verir ki, 2016-cı il Braziliyanın Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib.
 
Bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim "Dünya Hokkey Liqası" adı altında ilk dəfə təşkil olunan turnir vasitəsilə həyata keçiriləcək. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsilə reallaşa bilər.
 
Planetin reytinq cədvəlində 38-ci yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının I mərhələsindən mübarizəyə başlayacaq. Həmin yarış bu ilin 27 noyabr - 2 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçiriləcək. Komandamız qarşıdakı turnirdə uğurlu çıxış edərək II mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir və noyabrın 24-də Qətərin paytaxtına yola düşəcək. Yarışda əvvəlcədən 8 ölkə hokkeyçilərinin 2 qrupda mübarizə aparacağı planlaşdırılsa da, son anda onların sayı 5-ə enib və iştirakçılar dairəvi sistemlə ən güclünü aşkar edəcəklər.
 
Azərbaycan komandası təqvim üzrə ilk oyununu noyabrın 27-də meydan sahiblərinə - Qətər idmançılarına qarşı keçirəcək. Ertəsi gün hokkeyçilərimizin rəqibi Türkiyə yığması olacaq. Millimiz dekabrın 1-də Oman təmsilçiləri ilə qarşılaşacaq. Dekabrın 2-də - yarışın son günü isə həmyerlilərimiz Şri Lanka yığması ilə görüşəcək.
 
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası isə planetin reytinq sıralamasında 16-cı yeri tutduğuna görə 2013-cü il yanvarın 21-dən 28-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin II mərhələsində mübarizə aparacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah