Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan birinciliyinin final mərhələsinə start verilir

11 noyabr 2012 11:53
Bu gün - noyabrın 11-də 13-15 yaşlı oğlanlardan ibarət otüstü hokkey komandaları Azərbaycan birinciliyinin final mərhələsinin startına çıxacaqlar. Azerisport.az xəbər verir ki, yarışın həlledici mərhələsinə qədər cənub bölgəsindən 4 komanda Masallı Olimpiya-İdman Kompleksinin stadionunda dairəvi sistemlə 2 ən güclünü aşkar edib. Cəlilabad hokkeyçiləri keçirdikləri 3 oyunun hamısında qələbə qazanaraq I yeri tutublar. Masallının "Olimp" komandası isə "Xəzər" (Lənkəran) və "Astara" üzərindəki qələbədən sonra 6 xalla II yerə layiq görülərək Bakıda yarışmaq hüququna sahib olub.
 
Final mərhələsinə qədər "Gəncə" və "Şəki" komandaları da "pley-off"da qarşılaşaraq ən güclünü aşkar ediblər. Həmin oyunda Şəki hokkeyçiləri rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq final mərhələsinə vəsiqə qazanıblar. Yekunda ölkəmizin müxtəlif şəhər və rayonlarından 8 klub 2 yarımqrupda mübarizə aparmaq hüququ əldə edib.
 
"A" yarımqrupunda "Atasport" (Binə), "Olimp", "Şəki" və "Sumqayıt-2", "B" yarımqrupunda isə "Sumqayıt-1", "Göytəpə" (Cəlilabad), "Şəmkir" və "Təhsil" (Bakı) komandaları dairəvi sistemlə qrup qaliblərini müəyyən edəcəklər.
 
Qrupların qalibləri noyabrın 14-də keçiriləcək final görüşündə qızıl medallar, 2-cilər bürünc mükafatlar, 3-cü yerləri tutanlar V, qrup sonuncuları isə "pley-off" oyunlarında VII yer uğrunda yarışacaqlar. Yekunda qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaqlar. Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah