Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Sona 3 tur qalmış yeni ölkə çempionu bəlli oldu

12 oktyabr 2012 17:54
Bakıdakı Otüstü Hokkey Kompleksində  şənbə günü ölkə çempionatının II dövrəsinin növbəti  turunun 2 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ilk olaraq meydana yüksək dəstədə yarışan kişilərdən ibarət “Atasport”(Bakı) və Sumqayıtın “Gənclik” komandaları çıxıblar.
 
Sumqayıtın yeniyetmə hokkeyçiləri bu oyunda da rəqibi qarşısında aciz qalaraq böyük hesabla məğlub olublar- 1:10. “Gənlik” komandasının qapısından ilk topu 5-ci dəqiqədə Əhməd Quliyev keçirib. Daha sonra  Əli Nadirov və Aqil Məmmədov hərəyə 3 qolun müəllifi olublar. Abbas Nəsirov, Ruslan Kargin və Sahib Mirzəyev isə hərəyə 1 dəfə fərqləniblər. Sumqayıtlılardan isə təsəlli qolunun müəllifi Fərid Abbaszadə olub. Çempionluğun bir addımlığında olan “Akkord” və   Qusarın “Şahdağ” klublarının oyununda şimal bölgəsi təmsilçilərinin liderə müqavimət göstərəcəyi təxmin edildiyindən matçın ilk dəqiqələri kifayət qədər gərgin keçib. Fasiləyə qədər Saleh Balamiyevin  vurduğu yeganə qol birinci hissənin hesabını müəyyənləşdirib. Fasilədən sonra “Akkord”un ounçuları -Samir Bəkirov(2), Rauf Şükürov, Saleh Balamiyev və Taleh Əliyev rəqib qapısından hərəyə 1 qol keçirərək  6:1 hesablı qələbə qazanıblar. “Şahdağ” komandasından yeganə təsəlli qolun müəllifi isə Fətulla Rzaxanov (penalti zərbəsi) olub. 
 
Hazırda 9 oyundan 25 xal toplayan “Akkord” ölkə birinciliyinin  başa çatmasına 3 tur qalmış 5-ci dəfə çempion adına layiq görülüb. Aktivində 15 xalı olan “Atasport” cədvəldə  2-ci yerdədir. “Şahdağ” 11 xalla 3-cü pilləni tutur. “Gənclik” komandası isə keçirdiyi 9 oyunun hamısında məğlubiyyətə uğrayaraq sonuncu - IV yerdədir.
 
Bazar günü ölkə çempionatında daha 5 oyun keçirilib. Bakıda ilk olaraq meydan qadın hokkeyçilərin sərəncamına verilib. Əvvəlcə “Bakı” və “Sumqayıt” komandaları qarşılaşıb. Bu oyunda  sumqayıtlıların qələbəsi onların yekunda nəzəri cəhətcə 3-cü yeri tutmasına  imkan yaradırdı. Odur ki, matçın ilk dəqiqələri gərgin mübarizə şəraitində keçib. Lider yalnız 19-cu dəqiqədə hesabı aça bilib. “Bakı” klubunun oyunçusu Xalidə Zeynalova fərqlənib. Komandalar elə minimal hesabla da fasiləyə yollanıblar. İkinci  hissədə “Bakı” klubu Əminə Sadıqova və Nərgiz Novruzovanın vurduqları qollar sayəsində  hesabı 3:0 -a çatdırıb. Görüşün başa çatmasına 2 dəqiqə qalmış Sumqayıt hokkeyçisi Fəranə Namazova təsəlli qoluna imza atmaqla hesab arasındakı fərqi 2 topa endirib. Beləliklə, “Bakı”-“Sumqayıt” qarşıdurması paytaxt təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Sonra meydana Qusarın “Şahdağ” və “Samur” komandaları çıxıb. “Bürünc” medallara iddialı olan “Samur” hokkeyçiləri birinci dövrədə bu rəqibə 6:0 hesabı ilə qalib gəldiklərindən meydana bir qədər arxayın çıxmışdılar. Elə buna görə də Qusar derbisində uzun müddət qapılara qol vurulmayıb. Birinci hissənin son dəqiqəsində Günel İsmayılova “Samur”u hesabda irəli çıxarıb. Fasilədən sonra Günel İsmayılova ikinci, Kəmalə Qazıxanova və Günay İsmayılova isə  həryə  1 qol vuraraq prinsipial oyunu 4:0 hesablı qələbə ilə öz xeyirlərinə başa vurublar.
 
Aktivində 24 xalı olan “Bakı” komandası liderliyini davam etdirir. “Atasport-2” və “Samur” 8 oyundan 18 xalla müvafiq olaraq II və III yerləri tuturlar. Topların daha yaxşı fərqinə görə “Atasport-2” 2-ci sıradadır. “Sumqayıt” 9 xalla 4-cü yeri tutur. Turnir cədvəlində 5-ci yerdə qərarlaşan “Şahdağ”(Qusar)  8 oyundan cəmi 3 xal toplaya bilib. Son pillədəki “Xəzər” komandası isə  1 xal belə qazana bilməyərək çempionatın II dövrəsindəki çıxışlarını dayandırıb.  Oktyabrın 7-də I dəstədə mübarizə aparan kişilərdən ibarət komandalar da növbəti turda  meydana çıxıblar. Oyunlarını Bakıda keçirən Sumqayıtın “Təhsil” və “Kür” komandalarının  görüşündə sumqayıtlı hokkeyçilər 10:0 hesabı ilə qələbə qazanıblar. “Gəncə”  - “Şəki” matçında   Şəki hokkeyçiləri yenə də  məğlub olublar - 0: 2.
 
I dəstənin “A” qrupunda bir xal belə itirməyən “Təhsil” komandası 27 xalla cədvəlin önündədir. Gəncə hokkeyçiləri 18 xalla II yeri tuturlar. Aktivində 9 xalı olan “Kür” 3-cü sıradadır. “Şəki” komandası isə bütün oyunlarda uduzaraq sonuncu pillədədir. Bazar günü Masallı Olimpiya idman kompleksində yarışan cənub bölgəsi təmsilçiləri də  8-ci turun oyunlarını keçiriblər. Nəticələr belədir:          
 
“Xəzər”(Lənkəran) - “Göytəpə”(Cəlilabad)– 0:7         
“Astara”     – “Olimp”(Masallı) – 0:7  
 
“B”  qrupunda “Olimp” də bütün oyunlarda qalib gələrək 27 xalla I yeri tutur. “Göytəpə” 18 xalla II yerdədir. “Xəzər” 7 xalla 3-cü sıradadır. 4-cü yerdə qərarlaşan “Astara” komandasının aktivində 3 xalı var.
 
Ölkə çempionatında növbəti turun oyunları oktyabrın 13-də və 14-də keçiriləcək. 

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah