Portuqaliya yığmamıza divan tutdu
19 iyul 2012 15:55
Portuqaliyanın Lissabon şəhərində 21 yaşınadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandalar arasında Avropa birinciliyinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, intizarla gözlədiyimiz Azərbaycan – Portuqaliya matçı komandamızın məğlubiyyəti ilə başa çatıb.
Təəssüf ki, meydan sahibləri hokkeyçilərimizin daşını-daş üstə qoymayıblar. Birinci hissəni 1:0 hesabı ilə öz xeyrinə başa vuran portuqaliyalı gənclər fasilədən sonra daha 4 cavabsız qol vuraraq Azərbaycan hokkeyçilərini böyük hesabla məğlubiyyətə uğradıblar - 5:0.
Bu gün baş məşqçi Saleh Hüseynovun rəhbərlik etdiyi 21 yaşınadək oğlanlardan ibarət seçmə komandamız təqvim üzrə 5 rəqibdən 3-cüsü olan Türkiyə təmsilçiləri ilə qarşılaşacaq. İyulun 21-də rəqibimiz Yunanıstan, 1gün sonra isə Kipr hokkeyçiləri olacaq. Cəbəllütariq yığması ilə ilk qarşılaşma isə sülhlə başa çatmışdı – 1:1.