Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır
5 iyul 2012 12:11
İyulun 5-dən 8-dək Fransanın Şateno şəhərində üçüncü divizionda gənclər arasında otüstü hokkey üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan yığması da daxil olmaqla, 4 komanda iştirak edəcək.
Bizim hokkeyçilər iyulun 5-də İsveçrə komandası ilə, ayın 6-da Fransa nümayəndələri ilə, 7-də isə Türkiyə idmançıları ilə qarşılaşacaqlar. Dairəvi turnirin yekunlarına görə daha yaxşı nəticə göstərmiş iki yığma birinci yer uğrunda matçda görüşəcək, qalan iki komanda isə bürünc medal uğrunda mübarizə aparacaq.
Bu yarışın qalibi ikinci diviziona vəsiqə alacaq.