Millimiz finala çıxıb, Yaponiyaya rəqib oldu (YENILƏNİB)
3 may 2012 16:19
London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə 5-ci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu gün turnirin ilkin mərhələsinin son oyunlarını keçirilib.
Hokkeyçilərimiz son görüşdə Çili komandası ilə qarşılaşıblar. Finala çıxmaq üçün qızlarımıza heç-heçə də kifayət edirdi. Millimiz məhz minimum vəzifənin öhdəsindən gəlməklə, finala vəsiqəyə sahib çıxıblar.
Finalda oynamağa çox yaxın olan Yaponiya millisi son turda Belarus yığması ilə qarşılaşıb və 4 cavabsız qolla qalib gələrək, ilk finalçı olub. Daha bir görüş isə yarışın autsayderləri - Malaziya və Avstriya komandaları arasında keçirilib. Avstriyalılar qələbə qazanaraq, sonuncu olmaqdan yaxa qurtarıblar.
Beləliklə, London olimpiadasına yeganə vəsiqə uğrunda Azərbacan yığması meydan sahibləri - yaponlarla qarşılaşmalı olacaq.
Avstriya – Malayziya - 3:2
Yaponiya – Belarus - 4:0
Azərbaycan – Çili - 2:2
Komandalar
|
O
|
Q
|
H
|
M
|
МT/F
|
X
|
Yaponiya
|
5
|
4
|
1
|
0
|
23-1
|
13
|
Azərbaycan
|
5
|
3
|
1
|
1
|
15-6
|
10
|
Çili
|
5
|
2
|
2
|
1
|
8-6
|
8
|
Belarus
|
5
|
2
|
1
|
2
|
10-10
|
7
|
Avstriya
|
5
|
1
|
0
|
4
|
3-22
|
3
|
Malayziya
|
5
|
0
|
1
|
4
|
5-19
|
1
|