Çempion qız narkotik satdığına görə həbs olundu (Fotoreportaj)
19 iyun 2010 15:21
Fiqurlu konkisurmə üzrə keçmiş ABŞ çempionu Nikol Bobek narkotik satdığını etiraf edib.
Ötən ilin iyun ayında Bobek və daha 27 nəfər ABŞ polisi tərəfindən metamfitamin maddəsinin satışında günahlandırılmışdı. Orta hesabla dəstə həftə ərzində bu maddənin satışından 10 min dollar qazhanc əldə edirdi.
İdmançı 5 ilədək azadlıqdan məhrum edilə bilər.
1995-ci ildə Bobek qadınlar arasında fiqurlu konkisürmə üzrə ABŞ çempionatının qalibi olub. Dünya çempionatında isə 3-cü yeri tutub.