Azərbaycan 11-ci oldu (YENİLƏNDİ)
26 avqust 2010 20:41
Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiada başa çatdı. Azerisport.az xəbər verir ki, Azərbaycan səkkiz medalla (5 qızıl, 3 gümüş) 11-ci yerə sahib oldu.
Birinci yeri Çin komandası tutdu – 30 qızıl, 18 gümüş, 6 bürünc medal. Onun ardınca Rusiya (20-17-12), Ukrayna (10-9-16), Cənubi Koreya (10-5-5), Kuba (10-3-2), Yaponiya (9-5-3), Avstraliya (8-15-9), İtaliya (8-10-7), Macarıstan (7-4-6), ABŞ (6-9-10) və Fransa (6-2-7).
Bundan əvvəl məlumat verilmişdir ki, Azərbaycan ümumi hesablamada 12-ci yerdə məskunlaşmışdır. Lakin sonradan Oyunların rəsmi saytı Azərbaycanı 11-ci pillədə göstərdi.
Bütövlükdə, medalları 204 ölkədən 98 ölkənin təmsilçisi qazandı.