Kutsev 1/4 finala çıxdı (YENİLƏNDİ)
24 avqust 2010 16:29
Bu gün azərbaycanlı kanoeçi Radoslav Kutsev Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada kanoe slalomı üzrə proqramda mübarizəyə başladı.
Azerisport.az xəbər verir ki, ilk öncə idmançımız ilkin yürüşdə iştirak etdi. On beş idmançı arasında o 13-cü nəticə ilə idi, lakin yaxşı çıxış edərək finiş xəttini 1:57:56 nəticə ilə keçərək 7-ci oldu.
Növbəti mərhələdə idmançımız erməni avrçekən Edqar Babayanla qarşılaşardı. Finiş xəttini 1:54:31 nəticəsi ilə qətt edən Radoslav, ermənini geridə saxladı və bununla belə medallar uğrunda mübarizəni davam etdirir. 1/8 finalda o polşalı Patrik Sokolu məğlub edərək 1/4 finala çıxdı. Yarış sabah davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Kutsev 420 metrəlik məsafədə çıxış etdi və 1/4 finala kimi çatmışdır.