Azərbaycan boksçuları finalda (YENİLƏNDİ)
22 avqust 2010 17:10
Bu gün iki Azərbaycan boksçusu Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada yarımfinal görüşlərini keçirirlər.
Azerisport.az xəbər verir ki, Səlman Əlizade isə (48 kq) Sinqapur təmsilçisi Moxd Həmidlə qarşılaşaraq, onu 9:1 hesabı ilə məğlub etdi və bunun nəticəsində finala vəsiqə qazandı. Finalda onun rəqibi Rayan Bernet (İrlandiya) olacaq.
Elvin İsayev isə (57 kq) yarımfinalda Venesueladan olan Fradimir Makayo ilə görüşərək, 10:6 hesabı ilə qələbə qazandı. Finalda o Almaniyadan olan Artur Brillə qarşılaşacaq.
Qeyr edək ki, final görüşləri avqustun 25-də keçiriləcək.