İdmançımız Olimpiadada uğursuz nəticə göstərdi
18 avqust 2010 13:08
Bu gün Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada azərbaycanlı taekvondoçu Səbuhi İsmayılzade (73 kq) mübarizəyə qatıldı. Azerisport.az xəbər verir ki, 1/8 finalda idmançımız Surinam təmsilçisi Tomeş van Daykla qarşılaşdı. Həmin görüş 7:6 hesabı ilə surinamlı idmançının xeyirinə bitdi. Bununla belə İsmayılzade yarışda öz iştirakını dəyandırdı.
Xatırladaq ki, Olimpiadanın ilk iki günü Azərbaycan idmançıları 5 qızıl və bir gümüş medal qazanıb.