Patimat Baqomedova Azərbaycana növbəti qızıl medal gətirdi (YENİLƏNDİ)
16 avqust 2010 15:23
Bu gün Azərbaycanın qadın güləşçisi Patimat Baqomedova yeniyetmələr arasında Olimpiadada çıxış etdi.
Azerisport.az xəbər verir ki, idmançımız ilk görüşdə rəqibi Əlcazair təmsilçisi Sabrina Azzouza ilə qarşılaşdı (4:0). Sonra eyni hesabla Özbəkistan idmançısı Nilüfər Qadayeva və Quam idmançısı Arianne Eustaquyonu məğlub edərək finala vəsiqə qazanıb. Finalda Çin idmançısına Yuan Yuan qalib gələrək, qızıl medala sahib oldu.